Gündəm

““TEKNOFEST Azərbaycan” Festivalı türk birliyi haqqında dünyaya verilən siyasi bir mesaj idi” — Könül İsmayılova

““TEKNOFEST Azərbaycan” Festivalı türk birliyi haqqında dünyaya verilən siyasi bir mesaj idi” — Könül İsmayılova

MüasirMüsavat Partiyasının sədr müavini: “Göy üzündə ay ulduzun olması, bayraqlarımızın rənglərinin göy üzündə dalğalanması möhtəşəm idi”.

Xəbər verdiyimiz kimi artıq 3 gündür kiBakıda “TEKNOFESTAzərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir. Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və bu ideyanın müəllifi Selçuk Bayraktar bildirib ki,Bakıda bu müsabiqənin keçirilməsindən qürur duyur.Azərbaycanvə Türkiyə xalqlarının, dövlətlərinin hər zaman bir-birinə dəstək olduğunu söyləyən Səlçuq Bayraktar “Texnofest” sayəsində türk övladlarının nələri başaracağını dünyaya göstərəcəklərini vurğulayıb.

PİA.az-ın əməkdaşı “TEKNOFESTAzərbaycan” Aerokosmik və Texnologiya Festivalı haqqında MüasirMüsavat Partiyasının sədr müaviniKönülİsmayılovanın fikirlərini öyrənib.

Könül İsmayılova bildirib ki, iki qardaş ölkənin belə festivallar keçirməsi çox təqdirəlayiqdir:

"44 günlük Vətən müharibəsində türk PUA-ları sayəsində əsgərlərimizin torpaqlarımızı azad etdiklərini xatırladan Könül İsmayılova bildirib ki, buna görə də indi həmin PUA-ları canlı görməyin özü başqa bir möcüzədir. Bakıda ilk dəfə “TEKNOFESTAzərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirildi. BuradaAzərbaycanvə Türkiyənin iştirak etməsi alqışlanası haldır. ÇünkiAzərbaycanvə Türkiyə iki dövlət, bir millət və qardaş ölkədir. İki qardaş ölkənin də belə festivallar keçirməsi çox təqdirəlayiqdir. Hamıya məlumdur ki, 44 günlük Vətən müharibəsində türk PUA-ları sayəsində əsgərlərimiz torpaqlarımızı azad etdilər. Buna görə də indi həmin PUA-ları canlı görməyin özü başqa bir möcüzədir. Eyni zamanda “TEKNOFESTAzərbaycan” Aerokosmik və Texnologiya Festivalı türk birliyi haqqında dünyaya verilən siyasi bir mesaj idi.Dünən Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğandaBakıda oldu və cənabPrezidentlə o rəngarəngliyi izlədilər. Göy üzündə ay ulduzun olması, bayraqlarımızın rənglərinin göy üzündə dalğalanması möhtəşəm idi".

D
demokrat.az