Rusiya prezidentiVladimir PutinUkraynada öz məqsədlərinə çatmayıb.
Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Rusiya Ukraynada öz məqsədlərinə çatmayıb. Qısamüddətli hərbi əməliyyat planı var idi, lakin Rusiya üçün çox baha başa gələn müharibə baş verdi".
NATO-nun baş katibi qeyd edib ki, Putin qoşunları Kiyevdən və ölkənin şimalından çıxarmaq məcburiyyətində qalıb: “Rusiya qoşunları Xarkov vilayətindən çıxarılır, Donbasdakı hücum isə çox ləng gedir”.
Stoltenberq hesab edir ki, Putin strateji səhv edib.
Leyla Demokrat.az


