Gündəm Özəl

Xarkovun 20-dən çox yaşayış məntəqəsi azad edildi

Xarkovun 20-dən çox yaşayış məntəqəsi azad edildi

Ukrayna döyüşçüləriXarkov vilayətinin20-dən çox yaşayış məntəqəsini ruslardan azad ediblər.

Demokrat.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş KomandanıValeri Zalujnı "Facebook" səhifəsində məlumat verib:

"Ümumilikdə, Ukrayna hərbçiləri Kutuzovka kəndi də daxil olmaqla, 24 yaşayış məntəqəsini azad edib.Burada ruslar mayın əvvəlində məğlub oldular.

Bağçanın zirzəmisində iki aydan artıq 170-ə yaxın yerli sakin yaşayıb. Onların arasında 40-ı 3 aydan 12 yaşa qədər olan uşaq olub", - məlumatda deyilir.

Zalujnın sözlərinə görə, kənd azad edildikdən sonra Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri yerli sakinlərə ilkin tibbi yardım göstərib."

Leyla Demokrat.az

D
demokrat.az