Dünya Özəl

Rusiya Krımda əlavə S-400 zenit-raket batalyonları yerləşdirir

Rusiya Krımda əlavə S-400 zenit-raket batalyonları yerləşdirir

Qara dəniz və Azov əməliyyat zonalarında rus ordusunun gəmiləri döyüş əməliyyatlarının aparıldığı ərazilərin təcrid olunması üzrə tapşırıqları yerinə yetirməkdə davam edir.Rusiya qoşunlarıKrımın şimalında əlavə S-400 zenit-raket batalyonları yerləşdirir.

Demokrat.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş QərargahıFacebooksosial şəbəkəsində məlumat yayıb .

“Mövcud məlumatlara görə, hava hücumundan müdafiə sistemini qurmaq üçün Krım Muxtar Respublikasının şimal-qərb hissəsində rus ordusu əlavə iki S-400 zenit-raket batalyonunu yerləşdirir”, - məlumatda deyilir.

Leyla Demokrat.az

D
demokrat.az