Gündəm Özəl

Politoloq: “Avropa İttifaqı regionda sülhün dayanıqlı olmasında maraqlıdır”

Politoloq: “Avropa İttifaqı regionda sülhün dayanıqlı olmasında maraqlıdır”

“Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün ümumilikdə 5 saat çəkməsi göstərir ki, bütün məsələlər nəzərdən keçirilib və uğurlu nəticələr əldə olunub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşdən sonrakı bəyanata nəzər salanda görürük ki, bəyanatda Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib, status məsələsi ümumiyyətlə olmayıb. Yalnız Azırbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyə təminat verəcəyini bəyan edib”. Bunu Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Politoloq vurğulayıb ki, Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan regional kommunikasiyaların açılması və sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlaması barədə razılığa gəliblər: “Bununla yanaşı, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Qeyd etməkdə fayda var ki, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılıq ifadə olunub. Avropanın ATƏT-in Minsk Qrupundan fərqli formatda aktivliyini artırması və Minsk Qrupundan fərqli olaraq daha məhsuldar təsir bağışlaması müsbət hal kimi dəyərləndirilməlidir”.

Politoloq: “Avropa İttifaqı regionda sülhün dayanıqlı olmasında maraqlıdır”

“Beş saat davam edən danışıqlar göstərir ki, siyasi gündəlikdə olan məsələlər və onların icrası ardıcıllığı çox geniş müzakirə olunub. Görüşün nəticələrinin şərhindən çox şey asılı olacaq. Qeyd edək ki, Brüssel sülh gündəliyi ilə bağlı böyük proses elan olunub, lakin müxtəlif mövzularda qərarlar qəbul olunmasa, proses istənilən vaxt pozula bilər”.

İ.Hüseynov qeyd edib ki, digər məsələ sülh müqaviləsi ilə bağlıdır və Brüssel sülh formatının özəlliyini əks etdirir:

“Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə olundu. İqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi və Avropa İttifaqının əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə etməsi də göstərir ki, Aİ regionda sülhün və təhlükəsizliyin dayanaqlı olmasında maraqlıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az