Bəndəliyev Əliəkbər Qulu oğlu... Vətənin 19 yaşlı, cəsur və ürəkli oğlu! 19 yaşına bir ömürlük qəhrəmanlıq tarixi sığdıran gənc 10 oktyabr 2020-ci il- müharibənin qızğın günlərində yaşadığı qısa ömrü şanlı tarix səhifələrinə yazaraq, əbədiyyətə qovuşub. Kiçik yaşına, qısa, lakin dərin ömrünə dair səhifələr yazmaq, dastanlar qoşmaq olar. Çünki o Tanrının verdiyi ömür payını gözünü qırpmadan Vətəninə, xalqına qurban verəcək qədər məğrur və qorxmazdır! “Bəndəliyev Əiləkbərin adı oxuduğu Salyan rayon Çadırlı kənd məktəbinə verilib” məlumatına ən azı onu görmüş, rəğbətimi özünə söyləmiş qədər sevinmişdim.
Demokrat.az saytı məktəbin görüntülərini əldə edəndə, düşündüklərim məyusluğa çevrildi. Bu məktəbəbənzər binanın heç bir tərəfini şəhid Bəndəliyevin adına yaraşdıra bilmədim.


