Gündəm Özəl

Böyük Britaniyadan Ukraynaya növbəti YARDIM

Böyük Britaniyadan Ukraynaya növbəti YARDIM

Böyük Britaniya Ukraynaya uzaqmənzilliartilleriya, gəmi əleyhinə raketlər və pilotsuz təyyarələr verəcək.

Demokrat.az bildirir ki, bubarədəBöyük Britaniya hökumətinin saytında bildirilir.

Qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyanın baş naziri Boris Conson ilə telefon danışığı olub, tərəflər Ukraynaya hərbi dəstək və qlobal ərzaq təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Bu silahlar yaxınlarda məlum olan 1,3 milyard funt sterlinq məbləğində əlavə yardımın üzərinə ayrılacaq.

Zelenski və Conson həmçinin inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərini artıran Rusiyanın Ukraynanın Qara dəniz limanlarını bağlamasını müzakirə ediblər.Ölkələrin liderləri Ukraynanın taxıl ehtiyatlarının tədarükü üçün mühüm dəniz və quru yollarının açılması variantlarını nəzərdən keçirib və növbəti addımlar üzərində təcili işə başlamağa söz veriblər.

Leyla Demokrat.az

D
demokrat.az