Hadisə

Metroda növbəti HADİSƏ: Qatarda nasazlıq yarandı, sərnişinlər düşürüldü

Metroda növbəti HADİSƏ: Qatarda nasazlıq yarandı, sərnişinlər düşürüldü

“Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarda “Koroğlu” stansiyasında nasazlıq yaranıb.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, köməkçi qatar təyin edilib və metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər iki qatardan sərnişinlər düşürülüb.

Qatar hazırda xətdən çıxarılır.

Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.

Demokrat.az

D
demokrat.az