Qarabağ

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşadadır — YENİLƏNİB

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşadadır — YENİLƏNİB

İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərində səfərdədir.

Demokrat.az xəbər verir ki, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Daha sonra isə Şəhər meydanı, Şuşa qala divarları, Xurşidbanu Natəvanın malikanəsi, Molla Pənah Vaqifin məqbərəsi və Cıdır düzünə baş çəkəcəklər.

***09:35

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər.

Demokrat.az xəbər verir ki, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədilər.

Məlik Demokrat.az

D
demokrat.az