Kriminal

Bakıda 17 yaşlı gənc kürəyindən bıçaqlandı

Bakıda 17 yaşlı gənc kürəyindən bıçaqlandı

Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Mübahisə zəminində 2005-ci il təvəllüdlü Ağarzayev İbrahim Ağarza oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub. Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az