Böyük Britaniya gələn il Eurovision Mahnı Müsabiqəsinin keçirilməsində Ukraynaya dəstək verəcək.
Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki , bunu Böyük Britaniyanın müəssisə, energetika və sənaye strategiyası naziri Kvasi Kvartenq bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin müsabiqənin gələn il keçirilməsi ilə bağlı bəyanatını müzakirə edən Kvartenq bunu “səbirsizliklə gözlədiyini” deyib.
Britaniyanıntədbirdə Ukraynaya dəstək olub -olmayacağı ilə bağlı sualao, belə cavab verib:
"Biz bu böhranın başlanğıcından bəri həqiqətən Ukraynanı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”.
Leyla Demokrat.az


