Sosial

"Diqlas"da zərərçəkmiş 20-dək sahibkara yer verilib — RƏSMİ

Diqlasda zərərçəkmiş 20-dək sahibkara yer verilib — RƏSMİ

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.

Nazirlikdən Demokrat.Az-a verilən məlumata görə, artıq 20-ə qədər sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə "Aygün” və "Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən "Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.

Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

D
demokrat.az