Gündəm Özəl

XİN: Rusiya rejimi Ukraynanın Avropaya inteqrasiyasına burnunu soxmasın

XİN: Rusiya rejimi Ukraynanın Avropaya inteqrasiyasına burnunu soxmasın

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya rejiminə Avropaya inteqrasiya yolunda ölkənin işlərinə qarışmamağı tövsiyə edir.

Demokrat.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko “European Pravda”ya açıqlamasında. belə deyib.

“Rusiya hələlik Avropa dəyərlərini əks etdirən tarixi inkişafa çatmayıb. Ukrayna üçün dəyərlər azadlıq, demokratiya, insan haqlarına hörmət, qanunun aliliyidir. Ukraynalılar indi öz torpaqlarını Rusiya təcavüzündən müdafiə edir. Rusiya rejimi Ukraynanın Avropaya inteqrasiyasına burnunu soxmasın, öz işinə baxsın”, - O.Nikolenko vurğulayıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Avropa İttifaqı Ukraynanın birliyə daxil olması prosedurunun başlanmasını təsdiqləsə, bu, assosiasiyanın sonu olacaq və onun sırf geosiyasəti rəhbər tutduğunu göstərəcək.

Bundan əvvəl rəsmi Moskva bəyan edib ki, Ukraynanın həm NATO-ya, həm də Avropa İttifaqına daxil olmasına qarşıdır.

Zamiq Demokrat.az

D
demokrat.az