Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovvəzifəsindən azad edilib. Modern.azxəbər verir ki, bu vəzifəyə tanınmışyazıçı,ssenarist,rejissor,jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu təyin olunub.
DövlətTurizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva saytımıza açıqlamasında təyinatı təsdiqləyib: "Aprelin 11-dən etibarən Milli Kulinariya Mərkəzinin rəhbəri Sadıqov Orxan Fikrət oğludur". Tahir Əmiraslanov isəModern.az-aaçıqlamasında bildirib ki, mərkəz barəsində danışmaq istəmir: "Bu qurum Dövlət Turizm Agentliyinə tabedir. Onlar kimi çıxarıb, kimi vəzifəyə təyin ediblər - özlərindən soruşun. Mən 31 il orada rəhbər idim. Buməsələ ilə bağlı adımın hallanmasını, şərh verməyi istəmirəm".
Tahir Əmiraslanov özünün rəhbərlik etdiyi Milli Kulinariya Assosiasiyasında fəaliyyətinə davam edəcəyini vurğulayıb.


