Ukrayna NATO-ya qəbul edilsəydi, müharibə olmazdı.
Demokrat.az "Ukrinform"a istinadən bildirir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski Fransa universitetlərinin tələbələri ilə keçirilən videokonfrans zamanı deyib.
"Təəssüf ki, NATO-nun müharibədən əvvəlki alyansda Ukraynaya yer tapmaması səhvdir. Əgər Ukrayna NATO-ya daxil olsaydı, müharibə olmazdı”, - deyə o bildirib.
İsveç və Finlandiyanın NATO-ya üzv olmaq niyyətinə gəlincə, Zelenski öz seçimlərini etdiklərini və Rusiyanın onları NATO-ya üzv olmağa sövq etdiyini deyib:
“Məncə, İsveç və Finlandiya Rusiyanın Ukraynaya müdaxiləsi ilə motivasiya edilib”.
Zelenski vurğulayıb ki, bu gün sivil ölkələr təhlükəsiz yaşamaq və Rusiyadan qorunmaq istəyirlər.
Leyla Demokrat.az


