İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühitin olmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır.
Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad sahibkarlıq və biznes mühitinin vəziyyəti vacib rol oynayır. Təbii ki,dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Əlbəttə ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun , kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir. 
Ölkəmizdə azad sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışan Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda liberal iqtisadiyyatın formalaşması, azad sahibkarlığın daha yaxından dəstəklənməsi prioritet məsələdir:
“Biz pandemiya dövründə azad sahibkarlığın yaxından dəstəklənməsini müşahidə etdik. Təbii ki, bu istiqamətdə də işlərin davam etdiriləcəyi planlaşdırılır. Nəzərə alsaq ki, yeni strategiyada da sahibkarların yaxından dəstəklənməsi əsas prioritetlər siyahısındadır. Bunlara həm güzəştli kreditlər, həm də digər təşviqedici, o cümlədən vergi güzəştlərinin tətbiq edilməsi formasında həyata keçirilməkdədir”. 
“Bütövlükdə Rəqabət Məcəlləsinin 2022-ci ildə artıq müzakirəsinin həyata keçirilməsi mümkün ola bilər. Çünki İqtisadiyyat Nazirliyi tərəfindən bu işlərin aparıldığı bildirildi. Ümumiyyətlə, Rəqabət Məcəlləsi bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi üçün də vacibdir. Təbii ki, bu sahibkarlığın daha yaxından dəstəklənməsi və təşviq edilməsi üçün imkanlar yaradacaq”. 
“Hesab edirəm ki, biz bu istiqamətdə fəaliyyəti növbəti dövrlərdə, xüsusən də yeni strategiya çərçivəsində daha sistemli və intensiv şəkildə davam etdiriləcəyini müşahidə edəcəyik”.
Milli Məclisin deputatı, iqtisadçı-alim Rüfət Quliyev isə açıqlamasında vurğulayıb ki, Azərbaycanda son neçə illərdə sahibkarlığın inkişafı üçün kifayət qədər işlər görülüb, mühüm qərarlar verilib. Deputat qeyd edib ki, sahibkarlıq və investisiya mühitinin inkişafı haqqında da bir sıra qanunlar qəbul olunub: 
Millət vəkilinin sözlərinə görə, kredit faizlərinin aşağı olması üçün depozit faizləri aşağı salınmalıdır: 
R.Quliyev vurğulayıb ki, bu gün ölkəmizdə sahibkarlıq həm inkişaf etməkdədir, həm də şaxələnməkdədir:
“Təbii ki, dövlətimiz sahibkarlığın inkişafı istiqamətində bir çox addımlar atır. Amma, əfsuslar olsun ki, bizim sahibkarlar bir o qədər də maraqlanmır. Çünki çoxu atılan addımları bilmir və fikir vermir. Qeyd edim ki, daha çox kənd təsərrüfatının inkişafı istiqamətində dövlətimiz çox böyük işlər görüb. Bizim sahibkarlar da gərək bununla bağlı biraz diqqətli olsunlar, yaxşı mənada aqressiv olmalıdırlar və biznesə inamlıdırlar. Düzdür, biznes həmişə uğurlu ola bilməz, yəni bazar iqtisadiyyatının kredosu budur. Amalı budur ki, ancaq biznesini düzgün quran insanlar bu sahədə qalib gələ bilər. Bundan başqa, daimi 24 saat və 7 gün mübarizə aparmalıdır ki, biznesini inkişaf etdirsin. Bu bütün ölkələrdə belədir. Mən bunu açıq aydın hər dəfə “CBC” kanalında sahibkar saatında deyirəm. Biz həmin verilişə sahibkarları dəvət edirik, onlarla söhbət edirik. Onlardan hansı addımlar atıldığını, hansı addımların dövlət tərəfindən atılmasına ehtiyac olduğunu və s. soruşuruq. Təbii ki, bu sahə geniş olduğu üçün problemlər və onların həlli istiqamətində, dövlət tərəfindən görülən işlər barədə günlərlə danışmaq olar. Bir açıqlama ilə onun həllini göstərmək çətindir. Sadəcə onu qeyd etmək istəyirəm ki, 2022-ci ildəki sahibkarlığı 2017-ci illə müqayisə etsək, 90-95 əminliklə böyük müsbət dəyişiliklərin olduğunu deyə bilərik. Bu dəyişilikləri və inkişafı sahibkarlar özləri də etiraf edirlər”.
Aynurə Pənahqızı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Demokrat.az


