Hadisə

Bakıda su kəmərində qəza — Sakinlər susuz qaldı

Bakıda su kəmərində qəza — Sakinlər susuz qaldı

Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə Demokrat.az-a “Azərsu” ASC-dən bildirilib.

Qeyd edilir ki, fasiləyə səbəb Ə.Rəcəbli küçəsində magistral su kəmərində baş vermiş qəzadır.

Hazırda qəza briqadaları əraziyə cəlb olunub.

D
demokrat.az