Hadisə

İki yük maşını toqquşdu — Ölənlər var

İki yük maşını toqquşdu — Ölənlər var

Şəmkir rayonunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az“Report”a istinadən xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Asif Yusif oğlu və Goranboy rayonunda məskunlaşan Kəlbəcər rayon sakini Muxtarov Elsevər dünyasını dəyişib.

Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü Cəfərov Tural İsmayıl oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

D
demokrat.az