Hadisə

Rusiya Ermənistanda hərbi təlim keçirəcək

Rusiya Ermənistanda hərbi təlim keçirəcək

Rusiya təyyarəçiləri Ermənistanın Baqramyan poliqonunda aprelin 1-dən 14-dək əməliyyat-taktiki təlimi keçirəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimdə iştirak edəcək “MiQ-29” qırıcıları Rusiyanın Ermənistandakı Erebuni aviasiya hərbi bazasının ehtiyat aerodromuna yerləşdirilib.

Təlimdə 20-yə yaxın “MiQ-29” qırıcı, 200-dən çox hərbçi və mühəndis-texniki heyət iştirak edəcək.

“Report” bildirir ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə ikitərəfli təlimin keçirilməsi də nəzərdə tutulub.

D
demokrat.az