İdman Özəl

Daha bir cüdoçumuz Avropa çempionatında medal qazandı

Daha bir cüdoçumuz Avropa çempionatında medal qazandı

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Demokrat.az-ın xəbərinə görə, idmançımız 90 kq çəki dərəcəsində 3-cü yer uğrunda görüşdə macarıstanlı Kristian Totu məğlub edib. O, rəqibinə cərimə xalları hesabına qalib gəlib.

Qeyd edək ki, bundan əvvəl 73 kq çəkidə Hidayət Heydərov qızıl, Rüstəm Orucov bürünc medal qazanmışdı.

Zamiq Demokrat.az

D
demokrat.az