Sosial Özəl

“Metroda oxşar hadisələr olmuşdu, amma beləsinə rast gəlməmişdik” — “Bakı Metropoliteni”

“Metroda oxşar hadisələr olmuşdu, amma beləsinə rast gəlməmişdik” — “Bakı Metropoliteni”

Ötən gün “20 Yanvar” metrostansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar barədə sosial şəbəkələrdə səslənən fikirlər birmənalı deyil. Hətta “qızlar relslərin üzərinə “TikTok” çəkmək məqsədilə düşüblər” kimi fikirlərə də rast gəlmək mümkündür.

Demokrat.az həmin məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb.

“Metroda oxşar hadisələr olmuşdu, amma beləsinə rast gəlməmişdik” — “Bakı Metropoliteni”

“Buna oxşar hadisələr olmuşdu, amma tam beləsi olmamışdı. Yəni, tunelə düşüb qaçanlara heç rast gəlməmişdik. Məsələyə hüquqi qiyməti mən verə bilmərəm. Qızların məhz “TikTok” çəkmək üçün tunelə düşməsi bilmirəm kimin uydurmasıdı, bunu da bilmirəm. Onların nə məqsədlə ora düşdüyü hələ dəqiq deyil. Bu araşdırmalardan sonra məlum olacaq. Biz bütün bu işləri polisin öz öhdəsinə buraxmışıq. İşi o aparır, araşdırır. Biz məsələ dəqiq olduğu halda, mətbuata geniş şəkildə məlumat verəcəyik. Hələ ki, polisin işinə mane olmaq istəmirik.”

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az