Gündəm Özəl

"Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı var" — YERMAK

Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı var — YERMAK

"Böyük Britaniya və ABŞ Ukraynanı Rusiya Federasiyası ilə müharibədə silahla təmin edəcək".

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bubarədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

"Ukrayna müttəfiqlərdən daha çox silah alacaq. Böyük Britaniya bizə zenit raketləri üçün buraxılış qurğuları ilə təchiz edilmiş zirehli maşınlar verəcək. Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi Ukraynanı “Stinger” zenit sistemləri, “Javelin” zenit sistemləri və digər avadanlıqlarla təchiz edəcək.Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı var.

Leyla Demokrat.az

D
demokrat.az