İdman

Azərbaycanda futbolçular hakimin yolunu 2 saat gözlədilər

Azərbaycanda futbolçular hakimin yolunu 2 saat gözlədilər

17 yaşlılar arasında Azərbaycan çempionatında biabırçı hadisə yaşanıb. «Zirə» və «Şamaxı» arasında keçirilməli olan oyun baş tutmayıb.

Səbəbini bilsəz, bəlkə də inanmağınız gəlməyəcək, amma əmin olun ki, bu, həqiqətdir. Deməli, hakimlər briqadası Bibiheybət qəsəbə stadionunda təşkili planlaşdırılan qarşılaşmaya gəlməyib.

Hər iki komanda arenaya təşrif buyursa da, saat 14:00-da məlum olub ki, «fit sahibləri» hakimlər otağında yoxdur.

Belədə AFFA ilə əlaqə saxlayan rəsmilər «ədalət təmsilçiləri»nin niyə matça yetişməməsi ilə maraqlanıb. Federasiyadan onlara bildirilib ki, hakimlər yolda tıxaca düşüb və oyun 15:00-da başlayacaq.

Lakin görüş göstərilən saatda da start götürməyib, çünki hakimlər briqadası yenə özünü çatdırmadı. Daha sonra AFFA-dan klub funksionerlərinə etiraf ediblər ki, qarşılaşmaya təyinat verməyə hakim tapılmayıb, odur ki, oyun aprelin 26-da keçiriləcək. (sportinfo.az)

Demokrat.az

D
demokrat.az