Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna xalqını Pasxa bayramı münasibətilə təbrik edib.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, dövlət başçısı Müqəddəs Sofiya kilsəsindən xalqa müraciət ünvanlayıb.
Prezident Administrasiyasının saytında dərc olunan videomüraciətdə Zelenski bütün vətəndaşları özlərinin, yaxınlarının və Ukraynanın qayğısına qalmağa çağırıb.
“Ukrayna Allahdan yalnız bir şey istəyir - sülh və firavanlıq. Pasxa bayramında biz Allahdan böyük arzumuzu gerçəkləşdirmək üçün böyük lütf diləyirik - bu, daha bir böyük gündür, Ukraynaya böyük sülhün gələcəyi gündür. Və bununla da - əbədi harmoniya və firavanlıq. Özünüzün qayğınıza qalın. Yaxınlarınızın qayğısına qalın. Ukraynanın qayğısına qalın! Məsih dirildi! Həqiqətən dirildi!”


