Gündəm Özəl

Dünya yaxın vaxtlarda “qladiator” döyüşlərinin şahidi olacaq — ŞƏRH

Dünya yaxın vaxtlarda “qladiator” döyüşlərinin şahidi olacaq — ŞƏRH

“Ukrayna müharibəsindən sonra Finlandiya və İsveç NATO-ya qoşulmaqla bağlı bəyanatları səsləndirdilər. Təbii ki, hər iki ölkə təhlükəsizliklərinə təhdid kimi Rusiyanı görürlər. Bu da öz növbəsində Rusiya üçün xoş olmayan bir durumdur, çünki Rusiya başlıca olaraq NATO-nu özünə rəqib görür”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elman Vəliyev deyib. Politoloq bildirib ki, əslində NATO Rusiyanın dağlması deyil, zəifləməsindən yanadır:

“Yəni, NATO sosializmin hələ də iz qoyduğu bütün yerləri təmizləmək istəyir. NATO iyun ayında İspaniyanın Madrid şəhərində sammit keçirəcək. Finlandiya Baş Naziri Marin yaxın həftələrdə alyansa qoşulmaqla bağlı nəticələrini açıqlayacaq. Ehtimal ki, Finlandiya alyansa bağlı müsbət fikirlər səsləndirəcək. Təbii ki, Finlandiya və İsveç alyansa qoşulsa, buna Rusiyanını reaksiyası qaçınılmazdır”.

E.Vəliyev qeyd edib ki, belə bir situasiya qarşısında Rusiyanın adekvat tədbirlər görəcəyinə şübhə yoxdur:

“Hesab edirəm ki, real addım olaraq nüvə ilə bağlı tədbirlər görəcək və hədə-qorxunun müəyyən bir hissəsini yerinə yetirmiş olacaq. Amma açıq bir müharibə edəcəyini düşünmürəm. Çünki Ukraynadakı savaşda xeyli itkilər verən Rusiyada daxildəki qüvvələr müharibəni pisləyərək ayağa qalxa bilər. Yaxud da, müharibə etsə belə, Rusiya Finlandiyada daha güclü müqavimətə rast gələ bilər. Qeyd edim ki, hər iki Skandinaviya ölkəsi 2020-ci ilin sentyabrında müdafiə sazişi imzalayıb, bu müqavilədə müvafiq hökumət digər ölkəyə kömək etmək istəsə, parlamentlə məsləhətləşmək məcburiyyətində qalmayacaq. Yəni, Rusiya tək Finlandiya ilə deyil, İsveçlə də müharibə etmiş olacaq. Hələ təkcə bu ikisi ilə də deyil, birbaşa NATO ilə müharibə etmək ehtimalı var. Hesab edirəm ki, bu iki super gücün qarşıdurması qaçınılmazdır. Ya bu gün, ya sabah əvvəl-axır dünya “qladiator” döyüşlərinin şahidi olacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az