İdman Özəl

Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR

Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR

13-16 aprel 2022-ci il tarixlərdə Bakı şəhərində “Şüa” idman Sağlamlıq Kompleksində stolüstü tennis idman növü üzrə 2004-2006, 2007-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında ölkə birinciliyi keçirilib.

Demokrat.az xəbər verir ki, ölkə birinciliyində Bakı ilə yanaşı, regionlardan – Salyan , Sumqayıt, Gəncə, Quba , Qusar , Şabran , Şirvan , Şəki , Qax , Balakən , Ağstafa , Gədəbəy , Zərdab və Samuxdan ümumilikdə 150-ə yaxın idmançı iştirak edib.

Stolüstü tennis idman növü üzrə 2004-2006, 2007-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında ölkə birinciliyində Salyan komandası stolüstü tennis idman növü üzrə idman ustası , təcrübəli məşqçi-müəllim Mehman Səmədovun rəhbərliyi ilə müvəffəqiyyətlə iştirak edib və 2004-2006-cı il təvəllüdlü oğlanlar arasında komanda hesabında III yeri qazanıb. Ölkə birinciliyində həmçinin, Salyanlı gənc idmançı Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin stolüstü tennis bölməsi üzrə yetirməsi, Bakı-1 komandasında çıxış edən Nihat Səmədzadə gənclər arasında I yeri , qoşa yarışlarda III yeri qazanıb.

Qazanılan qələbə münasibətilə Salyan rayon Gənclər və İdman İdarəsində qalib idmançılarla görüş keçirilib

Qalib idmançıları təbrik edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, ölkəmiz dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilib.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin hər yerində olduğu kimi Salyanda da idmanın müxtəlif sahələri inkişaf etməkdədir. Salyan idmançıları istər beynəlxalq, istərsə də ölkədaxili yarışlarda böyük nailiyyətlər qazanıblar.

Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR
Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR
Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR
Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR
Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR

Məlik Demokrat.az

D
demokrat.az