Ukrayna BMT-nin Baş katibi Antonio Quterreşin Ukraynada dörd günlük Pasxa “humanitar pauza”nın tətbiqi təşəbbüsünü dəstəkləyir.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bubarədə Ukrayna Xarici İşlər Nazirliyiməlumat yayıb .
"Biz BMT-nin Baş katibi Antonio Quterreşə Ukraynada aprelin 21-dən başlayaraq dörd günlük Pasxa "humanitar pauza"nın tətbiqi təşəbbüsünə görə minnətdarıq. Təhlükəsiz evakuasiya üçün humanitar fasilənin zəruri olduğu fikrini tamamilə bölüşürük"
Xarici İşlər Nazirliyi bildirib ki, BMT-nin “sükut rejiminə” nail olunacağı təqdirdə, Ukraynanın ən çox zərər çəkmiş regionlarının əhalisinə humanitar yardımın çatdırılmasını təmin etməyə hazır olduğunu yüksək qiymətləndirirlər.
Leyla Demokrat.az


