AFFA İntizam Komitəsinin beş üzvündən biri işindən ayrılıb.
Demokrat.az xəbər verir ki, bu, AFFA-nın hüquqşünası işləmiş Məhəmməd İsmayılovdur.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovdur. Qurumun digər üzvləri sabiq futbolçu Cahangir Həsənzadə, İlqar Əliyev və Məlik Həsənovdur.
Xatırladaq ki, Məhəmməd İsmayılov ötən ilin mayın 31-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə üzv təyin olunmuşdu.(oxu.az)


