Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Demokrat.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Xəzər Cəbrayılov Oğuz Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, o, İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçü, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun nəvəsidir.(oxu.az)


