Gündəm Özəl

Rusiya Donbasda hücuma başladı — Baş Qərargah

Rusiya Donbasda hücuma başladı — Baş Qərargah

"Rusiya Federasiyasının əsas səyləri Donetsk və Luqansk vilayətlərinin ərazisi üzərində tam nəzarətin yaradılmasına yönəlib.Donbasda Rusiyadan hücum əməliyyatının başlamasının əlamətləri qeydə alınıb".

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"-da məlumat yayıb.

Bildirilir ki, rus qoşunlarının sənaye və mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri davam edir.

"Şərq Əməliyyat Bölgəsində hücum əməliyyatının başlanması əlamətləri qeydə alınır. Slobojanski və Donetsk əməliyyat bölgələrində, müəyyən istiqamətlərdə hücum əməliyyatlarını gücləndirib".

Leyla Demokrat.az

D
demokrat.az