Gündəm Özəl

Ərdoğan və Quterreş arasında Ukrayna MÜZAKİRƏSİ

Ərdoğan və Quterreş arasında Ukrayna MÜZAKİRƏSİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Antoniu Quterreşlə telefonla danışıb.

Demokrat.az "TRT HABER"ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, onlar Ukrayna-Rusiya müharibəsini, Ukraynadakı vəziyyəti müzakirə ediblər,

Ərdoğan Quterreşə Ukrayna ilə bağlı İstanbul prosesinə hər kəsin dəstək verməsinin, eləcə də fikir ayrılıqlarının aradan qaldırılması səylərinin davam etdirilməsinin vacibliyini bildirib.

Leyla Demokrat.az

D
demokrat.az