Bakıda məktəbdə şagirdlər xanım müəllimi döyüblər.
"Posta.az"-ın məlumatına görə, hadisə bu gün 17 saylı tam orta məktəbdə baş verib.
Bir neçə şagird birləşərək ingilis dili müəllimini döyüblər.
Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə bu gün baş verib:
“Müəllim xəsarət alıb. Nəticədə məktəbə təcilli tibbi yardım çağırılıb. Xanımın həyatı üçün təhlükə yoxdur. Hazırda faktla bağlı araşdırma aparılır”.


