Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyinin “Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filmin təqdimatı keçirilib.
Filmdə Vətən müharibəsində qəhrəmancasına şəhadətə yüksələn Şəhid leytinant Namiq Cavadovun, Şəhid leytinant Nicat Əhmədovun, MAXE Xəqani Nəsirovun döyüş yolu, igidliyi əks etdirilir. Qəhrəman döyüşçülərin unudulmaz xatirəsinə həsr olunan “ Vətən müharibəsinin Xankəndi şəhidləri“ sənədli film Vətən üçün, xalqı üçün,torpagı üçün, bayragı üçün canından keçən igid , mərd oğulların səngər həyatından bəhs edir.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı, şəhid ailələri, məktəbin müəllim və şagirdləri, QHT numayəndələri, media işçiləri, Xankəndi sakinləri iştirak etmişdir.






