İdman

Güləş Federasiyasında yeni təyinat — FOTO

Güləş Federasiyasında yeni təyinat — FOTO

Azərbaycan Güləş Federasiyasında baş katib təyinatı olub.

Demokrat.az xəbər verir ki, bu vəzifəyə Musayev Nəsimi Hüseyn oğlu təyin olunub.

Qeyd edək ki, Nəsimi Musayev son 4 ildə Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, həmçinin daha əvvəl “Rabitə” voleybol klubunun baş meneceri olub.

Güləş Federasiyasında yeni təyinat — FOTO

Xatırladaq ki, federasiyanın əvvəlki baş katibi dördqat olimpiya mükafatçısı, ikiqat dünya çempionu və doqquzqat Avropa çempionu Mariya Stadnikin şəxsi məşqçisi kimi adını yazdırmış Orxan Məmmədov olub.

Rza Demokrat.az

D
demokrat.az