Rusiya ordusuXarkov şəhərini atəşə tutub. Nəticədə7 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının sədri Oleq Sinegubov “Telegram” kanalında bildirib:
"Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir. Xarkov sakinləri, sizdən xahiş edirəm ki, zərurət olmadıqca küçələrə çıxmayın”, - deyə Oleq Sinegubov qeyd edib.
Leyla Demokrat.az


