"Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadə edə bilər"
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib:
"Bütün dünya ölkələri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır. Tək mən yox, bütün dünya narahat olmalıdır. Bu barədə düşünmək lazımdır, qorxmaq yox, hazır olmaq lazımdır. Bu,təkcə Ukrayna üçün deyil,bütün dünya üçün sualdır”.
Həmçinin Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns bildirib ki, Rusiya prezidenti Vladimir Putinin döyüş meydanında çarəsizliyinə görə, Ukraynaya qarşı taktiki nüvə silahına müraciət edə bilər. Leyla Demokrat.az


