Dünya Özəl

Litva və Latviya vətəndaşlarını Belarusa getməməyə çağırdı

Litva və Latviya vətəndaşlarını Belarusa getməməyə çağırdı

Litva və Latviya Xarici İşlər Nazirlikləri Minskin onlar üçün tətbiq etdiyi vizasız rejimə baxmayaraq, öz vətəndaşlarını Belarusa səfərdən çəkinməyə çağırıb.

Demokrat.az bu barədə “Evropeyskaya pravda”ya istinadən xəbər verir.

Litvanın Xarici İşlər Nazirliyinin sözçüsü Vitaute Smajite bildirib ki, Belarusun Rusiyanın Ukraynaya hərbi təcavüzündə iştirakına və bu ölkənin öz vətəndaşlarına qarşı hərəkətlərinə görə Litva vətəndaşlarını Belarusa getməməyi tövsiyə edirik”.

O, həmçinin vurğulayıb ki, Litva Belarusdan Litva vətəndaşlarının ölkəyə vizasız səfərinin mümkünlüyü barədə rəsmi məlumat almayıb.

Latviya Xarici İşlər Nazirliyi də öz növbəsində qeyd edib ki, Belarusa giriş əhəmiyyətli risklərlə doğurur. Latviya vətəndaşlarına həm Belarusu, həm də Rusiyanı tərk etməyə çağırış hələ də qüvvədədir.

"Xatırladırıq ki, Aleksandr Lukaşenko rejimi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü dəstəkləməkdə davam edir və ona qarşı sərt beynəlxalq sanksiyalar tətbiq olunur", - XİN-in bəyanatında deyilir.

Zamiq Demokrat.az

D
demokrat.az