Daxili siyasət

Azərbaycana giriş üçün bu tələb ləğv olundu

Azərbaycana giriş üçün bu tələb ləğv olundu

Azərbaycana giriş üçün "COVID-19"a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

Bu barədə Demokrat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:

- Azərbaycan Respublikasına giriş üçün "COVID-19"a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

- Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən "COVID-19"a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də "COVID-19"a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Məlik Demokrat.az

D
demokrat.az