Hadisə

“Veysəloğlu” şirkəti iylənmiş qidalar satır? — Şirkətdən AÇIQLAMA (FOTO)

“Veysəloğlu” şirkəti iylənmiş qidalar satır? — Şirkətdən AÇIQLAMA (FOTO)

“Veysəloğlu” şirkətinə məxsus obyektlərdə xarab olmuş yeməklər satılır.

RePost.Az-ın məlumatına görə, məlum hadisə sözügedən şirkətə məxsus Səbail rayonu, Bünyad Sərdarov küçəsindəki “Spar” marketlər şəbəkəsində qeydə alınıb.

Belə ki, həmin mağazadan qızardılmış kartof alan müştəri onu yeyərkən iylənmiş tam və qoxu hiss edib.

Yeməyi mağazaya geri qaytaran müştəri, həmin qidanın piştaxtadan yığlışdırılmasını tələb edib. Mağazanın administratoru əvvəlcə köhnəlmiş məhsul satmadıqlarını iddia etsə də, qidanı qoxladıqdan sonra malın satışdan çıxarılması barədə göstəriş verib.

Xatırladaq ki, son zamanlar bu şirkətə məxsus mağazalarda satışa çıxarılan məhsulların istehsal tarixi ilə bağlı ziddiyyətli foto və məlumatlar yayılır. Bir neçə gün öncə də “Veysəloğlu” şirkətinə məxsus OBA marketlər şəbəkəsində satışa çıxarılan yumurtaların istehsal tarixi ilə bağlı saxtakarlıq aşkarlanmışdı.

Həmçinin şirkətdə aparılan yoxalamalar zamanı da küllli miqdarda vergidən yayınma faktları üzə çıxıb və Vergilər Nazirliyi tərəfindən 2 milyon manat cərimə olunub.

Məsələ ilə bağlı Araz supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova Demokrat.az-abildirib ki, 26 mart tarixində, təxminən axşam saat 9 radələrində müştəri Bünyad Sərdarov küçəsində yerləşən Spar marketdən kartof qızartması alıb, daha sonra iyi xoşuna gəlməyərək geri qaytarıb və pulu geri ödənilib:

"Məlumat üçün bildirim ki, Spar marketlərdə müştərilərə təqdim olunan hər növ salat və yeməklər hazırlanarkən istifadə olunan ərzaqların təzəliyinə ciddi nəzarət olunur, həmçinin gigiyena qaydalarına və saxlanma şəraitinə xüsusi diqqət yetirilir. Vitrində müştərilərə təqdim olunan hazır yeməklər hər gün yenilənir. Həmin günü kartof qızartması ilə bağlı hər hansısa şikayət olmayıb".

D
demokrat.az