Sosial Özəl

Oruc tutanlar idman edə bilərmi?

Oruc tutanlar idman edə bilərmi?

İlboyu oruc tutan insanlar Ramazan ayı boyunca idman üçün uyğun vaxt və ya saat təyin edə bilmirlər. Bəzən də bu səbəbdən, idmanı dayandırırlar.

Fitnes məşqçisi Aylı Ağayeva Demokrat.az-a müsahibəsində bildirib ki, oruc tutan insanlar üç variantda idman saatını seçə bilərlər:

“Əgər şəxs işləmir və ya axşam növbəsində çalışırsa, səhər idmanını edə bilər, yalnız əvvəlkindən 15 faiz az sürətlə, daha az intensivliklə. Çünki, ac və susuz olduğu üçün intensiv hərəkətlər onu tez yora bilər.

Oruc tutanlar idman edə bilərmi?

Digər variantda isə iftara təxminən 45 dəqiqə, bir saat qalmış məşqə başlayıb, məşqin ortasında artıq iftar saatı olduğu üçün su ilə orucunu açıb, məşqini tamamlayıb, sonra artıq yeməyini yeyə bilər.

Üçüncü variantda isə iftarı tez həzm olunan, yüngül yeməklərlə açıb, bir saat sonra məşq edə bilər.

Oruc tutanlar idman edə bilərmi?

Amma ən ideal variant 2-ci üsuldur. Çünki, əgər idmanı yeməkdən sonraya saxlasanız, bədəninizdə ağırlama olacaq. Bizim milli xörəklərimiz tutumludur, kolorilidir deyə, istər-istəməz bədəndə süstləşmə yaradır. Ona görə ən yaxşısı, idmana iftara yarım saat, bir saat qalmış başlayın, yeməkdən sonra da davam edin.

Yaxşı olar ki, Ramazan ayı boyunca duzlu və çox şirin qidaları rasiondan çıxarmaq lazımdır. Və iftardan imsaka qədər günlük su normasını, mütləq, ödəməlidirlər.

İlboyu idmanla məşğul olan insanların 15-20 faizi Ramazan ayında idmanı dayandırırlar. Bu, adətən, şəxsin sağlamlığı, aşağı təzyiqi, yaxud da iradəsi ilə bağlı məsələdir.”

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az