Mariupol şəhər rəhbərliyi Rusiyanın şəhərə kimyəvi hücumu barədə məlumatı təsdiqləyib.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol merinin müavini Sergey Orlov mətbuata açıqlama verib:
"RuslarMariupol şəhərinə kimyəvi hücum ediblər. Bu barədə daha ətraflı məlumat verə bilmərik. Amma hərbçilərdən bu hadisənin baş verdiyini təsdiqləmişik. Həkimlər deyirlər ki, bütün zərərçəkənlərdə eyni simptomlar olub: üzün qızarması, qan təzyiqinin yüksəlməsi, udlaqda, gözlərin selikli qişalarında quruluq və ürək yanması, boğulma. Hazırda bütün zərərçəkənlərin vəziyyəti “qənaətbəxşdir”.
Azov komandanı Andrey Beletski də qeyd edib ki, PUA-dan şəhərə mənşəyi naməlum zəhərli maddə atıblar:
"Üç nəfər hərbi kimyəvi maddələrlə zəhərlənmə əlamətlərini açıq şəkildə ifadə edib, lakin bu, fəlakətli nəticələrə səbəb olmayıb".
Leyla Demokrat.az


