Media

"Güzəştlər yalnız reyestrdə qeydiyyatdan keçən jurnalistlərə şamil olunacaq" — VİDEO

Güzəştlər yalnız reyestrdə qeydiyyatdan keçən jurnalistlərə şamil olunacaq — VİDEO

Media reyestri yaxın aylarda fəaliyyətə başlayacaq.

"Media haqqında qanun" layihəsi əsasında yaradılan media reyestrinə hazırlığın ilkin mərhələsi artıq başa çatıb. Reyestr yaxın bir neçə aya qədər fəaliyyətə başlayacaq. Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirdi ki, media reyestri yalnız media subyektlərinin və jurnalistlərin qeydiyyata alınması prosesi deyil, bu, həm də media mühitinin sağlamlaşdırılmasına töhvə verəcək.

Demokrat.az REAL TV-yə istinadən bildirir ki,media reyestrinə qeydiyyata düşmək məcburi olmayacaq. Bu, könüllülük prinsipi əsasında həyata keçiriləcək. Yəni istənilən media mənsubları və fərdi jurnalistlər müraciət edərək reyestrdən qeydiyyatdan keçə biləcəklər. Amma bir məsələ var. Jurnalistlər üçün nəzərdə tutulan güzəştlər yalnız reyestrdə qeydiyyatdan keçən jurnalistlərə şamil olunacaq.

O da bildirildi ki, saytlarda və yazılı mediada daha çox yayılan sopy-past halları demək olar ki, azalıb. Media etikası prinsiplərinin qorunması istiqamətində atılan addımlar davam edəcək.

D
demokrat.az