İqtisadiyyat Özəl

Vüqar Bayramov: “Azərbaycan iqtisadiyyatında diversifikasiyanın genişlənəcəyi gözlənilir”

Vüqar Bayramov: “Azərbaycan iqtisadiyyatında diversifikasiyanın genişlənəcəyi gözlənilir”

“Son 4 ildə Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi də kəskin şəkildə güclənib”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az saytına açıqlamasında bildirib.

Deputat qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qazandığımız zəfər xarici siyasətimizin daha da möhkəmlənməsinə gətirib çıxardıb:

“Brüsseldə keçirilən son görüş və əldə olunan razılaşmalar bunu bir daha təsdiq etdi. Azərbaycan hər zaman Avropa İttifaqı daxil olmaqla beynəlxaq təşkilatlar ilə əməkdaşlığın güclənməsinə önəm verir. Avropa İttifaqının Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amildir. Hesab edirəm ki, 2022-2026-cı illər əhatə edəcək yeni iqtisadi strategiya bu sahədə islahatların dərinləşməsinə xidmət edəcək. Əsas milli prioritetlər üzrə Azərbaycan iqtisadiyyatında diversifikasiyanın genişlənəcəyi gözlənilir. Böyük Qayıdış Proqramı dayanıqlı iqtisadi nəticələri daha da möhkəmləndiriəcək”. Millət vəkilinin sözlərinə görə, artıq həm dünyada, həm də regionda yeni düzən formalaşır: “Əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrdə də yeni uğurlara imza atacaq”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az