Gündəm Özəl

Fransa Ukraynaya xüsusi jandarm dəstəsi göndərdi

Fransa Ukraynaya xüsusi jandarm dəstəsi göndərdi

Rus hərbçilərinin hərbi cinayətlərini araşdırmaq üçün Fransadan texniki və elmi jandarmlardan ibarət dəstə Ukraynaya gəlib.Jandarmlar Kiyev vilayətində işğalçıların törətdikləri vəhşilikləri araşdıracaq. Araşdırmaaprelin 12-də başlayacaq.

Bu barədə diplomat, Fransanın Ukraynadakı səfiri Etyer de Ponsin özünün rəsmi Tvitter səhifəsində məlumat verib .

Qeyd olunur ki, Fransadan elmi-texniki jandarmlar aprelin 11-də Lvova gəliblər.

"Biz Kiyev ətrafında törədilmiş hərbi cinayətlərin araşdırmasındaukraynalılara kömək etmək üçün gələn texniki və elmi jandarm dəstəsini Lvovda salamlamaqdan qürur duyuruq. Sabah onlar iş başında olacaqlar", - Ponsin yazıb. .

Diplomat əlavə edib ki, Fransa bu formadan yardım göstərən ilk ölkədir. Leyla Demokrat.az

D
demokrat.az