Azərbaycanda 3 lizinq şirkətinə cərimə protokolu yazılıb.
Demokrat.az xəbər verir ki, “Azərilizinq”, “Meqalizinq” və Xəzərlizinq” MMC-lər barələrində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Hər üç iş hakim Bəxtiyar Məmmədovun icraatına verilib. Məhkəmə iclaslarının vaxtı hələlik açıqlanmayıb.
Məlik Demokrat.az


