Sosial Özəl

Bazarlarda yerli kartofa niyə rast gəlinmir? — AÇIQLAMA

Bazarlarda yerli kartofa niyə rast gəlinmir? — AÇIQLAMA

Bu gedişlə süfrəmizin "ikinci çörəyi" dediyimiz kartofun əvvəlki dadına və keyfiyyətinə həsrət qalacağıq. Çünki bazarlarda yerli kartoflara rast gəlinmir. Bunun səbəbləri nə ilə bağlıdır?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarını uzunmüddət saxlamaq üçün infrastruktur yoxdur. Ekpsert qeyd edib ki, məhz bu səbəbdən də keçən ildən qalan kartofu bugünə qədər saxlamaq mümkün olmur:

Bazarlarda yerli kartofa niyə rast gəlinmir? — AÇIQLAMA

“Hazırda bazarlarda yerli kartofa rast gəlinmir. Bunun da başlıca səbəbi ölkəmizdə kənd təsərrüfatı məhsullarını saxlamaq üçün yetərli infrastrukturun olmamasıdır. Məhz bu səbəbdən də, yeni kartof çıxana qədər bazarlarda yerli kartofa rast gəlinmir. Soyuducu kameralarının az olması da keçən ilki kartofu bu ilə qədər saxlanılmasını və bazara çıxarılmasını mümkünsüz edir. Ona görə də, bazarlara yerli kartof daxil olana qədər, Azərbaycan əsasən Türkiyə, Pakistan, İrandan gətirilən kartofdan asılı vəziyyətdə olur”. Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az