Gündəm Özəl

Dünyada ərzaq qıtlığı yarana bilər — ARAŞDIRMA

Dünyada ərzaq qıtlığı yarana bilər — ARAŞDIRMA

Bəzən görürük ki, zibil qabları istər çörəklərlə, istərsə də artıq qalan məhsullarla dolub. Bu mənzərə fonunda dünya ərzaq bazarında qiymət artımları barədə xəbərlər eşidirik. Hətta bir sıra ölkələrdə ərzaq qıtlığı problemi yaranıb. Dünya miqyasında müşahidə olunan qıtlıq qiymət artımına səbəb olur.

Artıq bir çox ölkələr vətəndaşlarını qıtlıqla mübarizəyə hazır olmağa çağırıb. Buna görə də insanlar həm qıtlığın qarşısını almaq, həm də əlavə vəsait itkisinə yol verməmək üçün israfdan qaçmalıdırlar.

Sosioloq Üzeyir Şəfiyev Demokrat.az vasitəsilə vətəndaşları qənaətcil olmağa çağırdı:

Dünyada ərzaq qıtlığı yarana bilər — ARAŞDIRMA

“Bəzən elə olur ki, vətəndaşlar öz istifadəsinə zəruri olan ərzaq məhsullarını izafi şəkildə alırlar. Hətta lazım olmayan səviyyədə alırlar. Və onu istifadə etmədən zibil qutularına tulluyurlar. O cümlədən, çörək məhsullarına olan münasibətdə də biz bunu görürük. Bu həm ailə büdcəsinə təsir göstərir, həm də artıq israf olunan məhsullardır və bu dolayısıyla, ərzaq qıtlığını tətikləyir. Hesab edirəm ki, vətəndaşlarımızda ərzaq qıtlığının qarşısını almaq üçün yolların biri də məhz qənaət rejiminə keçmək və daha çox zəruri olan məhsulu, zəruri olan miqdarda almaq tövsiyə olunur.”

Bu cür israfın iqtisadi nəticələri də ağır ola bilər. Qlobal miqyasda qiymətlərin bahalaşması beynəlxalq ticarətə də təsir göstərir.

İqtisadçı Vüqar Bayramov bu problemin həlli istiqamətində atılan addımlardan danışdı:

Dünyada ərzaq qıtlığı yarana bilər — ARAŞDIRMA

“Bir sıra ərzaq və xüsusən də, strateji ərzaq məhsullarının ixracatına qadağalar və ya məhdudiyyətlər tətbiq olunub ki, bu da dünya bazarında eləcə də, region bazarında ərzaq məhsullarının qıtlığını yaradıb. Azərbaycan hökuməti xüsusən də, region və dünya bazarındakı qeyri-müəyyənlik fonunda daxili bazarın qorunması, o cümlədən, ərzaq təminatının mövcud səviyyəsinin qorunub saxlanılması ilə bağlı addımlar atır.”

İqlim dəyişiklikləri və son dövrlər baş verən siyasi proseslərin də bu məsələdə payı çoxdur. Odur ki, ərzaq qıtlığı mübarizə aparmaq üçün məhsul alarkən qənaət etməyi də unutmamalıyıq.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az