"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) bu gün mətbuatda və sosial şəbəkələrdəki yayılmış məlumatlara cavab olaraq ictimaiyyətin nəzərinə çatdırır ki, 5 aprel 2022-ci il tarixində İçərişəhər ərazisində yerləşən restoranların birində qırılıan lift barəsindəki məlumatlar həqiqəti əks etdirmir.
Demokrat.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, İçərişəhər ərazində belə bir hadisə baş verməyib.
Xatırladaq ki, bu gün mediada Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinə istinadən İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfərin ağır xəsarət alması, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilməsi barədə xəbər yayılıb.
Leyla Demokrat.az


