Rusiya hərbçiləri Mariupol yaxınlığında iki Ukrayna Mi-8 helikopterini vurub.
Demokrat.az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib:
"Rusiya hərbçiləri dənizdən Mariupola keçməyə çalışan iki Ukraynaya məxsus Mi-8 helikopterini vurub. Gün ərzində raket qoşunları və Hava kosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 33 hərbi obyektini vurub.
O, bu gün Ukraynanın 5 pilotsuz uçuş aparatını vurduqlarını deyib.
Konaşenkov xatırladıb ki, Rusiya Kiyevə hərbçilər üçün könüllü olaraq silahı yerə qoymaq imkanı ilə bağlı təkliflər verib, lakin onlara məhəl qoyulmayıb.Leyla Demokrat.az


