Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında Rusiya Federasiyasının vəhşilikləri barədə danışıb, təcavüzkarı sülhə və ya özünü məhv etməyə məcbur etməyə çağırıb.
Demokrat.azxəbər verir ki, Zelenski müraciətində bildirib ki, Rusiya ukraynalıları səssiz qullara çevirmək istəyir:
"Biz BMT-nin vetosunu ölüm hüququna çevirən, pisliyin cəzasız qalmasına və dünyaya yayılmasına imkan verən, sülh və təhlükəsizlik üçün işləyə biləcək hər şeyi məhv edən, bütün qlobal təhlükəsizlik arxitekturasını sarsıdan bir dövlətlə qarşı-qarşıyayıq. Bu, belə davam edərsə, o zaman baş verəcək son odur ki, dövlətlərin hər biri öz təhlükəsizliyini təmin etmək üçün yalnız silah gücünə arxalana biləcək, nə beynəlxalq hüquqa, nə də beynəlxalq institutlara ehtiyac qalacaq.BMT dərhal hərəkətə keçməlidir, indi Ukraynada sülh üçün BMT Təhlükəsizlik Şurasının qərarı lazımdır."
Leyla Demokrat.az


